Gerb

25 aprel 2013, 15:30

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə respublikamızda aparılan quruculuq-abadlıq işləri ölkəmizdə gedən iqtisadi inkişafın əyani göstəricisidir. Bu inkişaf Mingəçevirdən də yan keçməmişdir. Sizin Sərəncamınızla Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafı üçün maliyyə vəsaitinin ayrılması, 13 məktəb binasının inşası və yenidən qurulması barədə verdiyiniz tapşırıqlar rəhbərlik etdiyimiz məktəblərin kollektivləri tərəfindən Sizin ölkəmizdə təhsilin inkişafına göstərdiyiniz böyük qayğı kimi qiymətləndirilir. Mingəçevirin bütün təhsil işçiləri, şagirdləri və onların valideynləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

S.Cəfərova
Z.Zamanova
T.Barataşvili
N.Sultanova
A.İsmayılova
N.Əliyev
X.Mikayılova
T.Seyidova
R.Əliyev
B.Cəlilov
Ə.Yusifov
T.Məmmədova. 

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.