Gerb

25 aprel 2013, 18:35

Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Azərbaycan Veteranları Sizin “1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallara təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə” Sərəncamınızı böyük sevinc və razılıq hissi ilə qarşılamışlar.

Sərəncamda adları çəkilən veteranların MDB məkanında bərabəri olmayan yüksək maddi yardımla təmin edilməsi Sizin onlara göstərdiyiniz daimi və ardıcıl qayğının daha bir nümunəsidir.

Bu misilsiz qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, xalqımızın rifahı və ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Ə.Baxışov,
Respublika Veteranlar Şurasının sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.