|
25 aprel 2013, 19:15
İlham Əliyev Rumıniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Rumıniyanın xarici işlər naziri Titus Korlateanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Əməkdaşlığımızın daha da genişləndirilməsi üçün möhkəm hüquqi bazanın mövcud olduğunu qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənədin önəmini xüsusi vurğuladı. Ölkələrimiz və xalqlarımız arasında münasibətlərin əsl dostluq və strateji tərəfdaşlıq münasibətləri olduğunu deyən dövlətimizin başçısı bu münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi. Prezident İlham Əliyev Rumıniyanın xarici işlər naziri Titus Korlateanın Azərbaycana bu səfərinin ikitərəfli və regional əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə etdi. Titus Korlatea Rumıniya Prezidenti Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əməkdaşlığı bütün sahələrdə daha da genişləndirməkdə maraqlı olduğunu dedi. Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlıq və digər sahələrdə daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Prezident Trayan Baseskunun və Baş nazir Viktor Pontanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniyanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.