Gerb

25 aprel 2013, 17:30

Hörmətli cənab Prezident!

Bu məktubu yazmaqla bildirmək istəyirik ki, Ağdam rayonundan olan məcburi köçkünlər Sizin daxili və xarici siyasətinizi ürəkdən bəyənirlər. Siz bizim qəlbimizdə dərin və əbədi rəğbət qazanmısınız. Ölkəmizin inkişafı üçün göstərdiyiniz misilsiz xidmətlərlə bərabər, məcburi köçkünlərə göstərdiyiniz qayğı heç vaxt yadımızdan çıxmaz. Sizin sərəncamlarınıza və göstərişlərinizə əsasən yerlərdə məcburi köçkünlərin problemləri həll edilir, onlar üçün hər cür şərait yaradılır. Sizin haqqınızda nə qədər kitablar yazılsa belə, bizim sözümüz bitməz. Biz məcburi köçkünlər daim Sizə minnətdarıq.

Hörmətli cənab Prezident, biz ağdamlılar daim Sizin ətrafınızda sıx birləşəcək, qarşıdan gələn Prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyik. Sizə möhkəm cansağlığı və yeni-yeni qələbələr arzulayırıq.

Dərin hörmətlə,

Abdullayev Dadaş
Hüseynov Söhbət
Məhərrəmov Nasif
Nəsibov Murad
Quliyev Əmrxan və başqaları (cəmi 16 nəfər). 

Azərbaycan Respublikası, Ağdam rayonu.