Gerb

27 aprel 2013, 13:40

Hörmətli cənab Prezident!

Sizə eşq olsun! Mən bu sözləri təsadüfən demirəm. Çünki Siz Prezident olduğunuz ilk gündən indiyədək ölkəmizin inkişafı üçün fədakarlıqla çalışmış və əlinizdən gələni əsirgəməmisiniz. Odur ki, hal-hazırda respublikamız özünün uğurlu inkişaf dövrünü yaşayır.

Belə bir sual vermək olar. Ölkə hansı əsaslara görə irəliləyə, inkişaf edə bilər? Qəti cavab vermək olar ki, «Çörək bol olarsa basılmaz Vətən». Hamıya məlumdur ki, Azərbaycanımızın çörəyi boldur. Sizin siyasətiniz nəticəsində xalqımızın yaşayış səviyyəsi daha da yaxşılaşmışdır.

Hazırda ölkəmizin hər yerində böyük quruculuq işləri aparılır. Xırdalan şəhəri də son illər xeyli abadlaşdırılmışdır. Bu yaxınlarda şəhərimizdə böyük bazar tikilib istifadəyə verilmişdir. Bazarın ikinci mərtəbəsində müasir tələblərə cavab verən ticarət mərkəzi yerləşir.

Hörmətli cənab Prezident, Xırdalan şəhərində görülən işlər təkcə bununla bitmir. Şəhərimizdə xeyli sayda yeni çoxmərtəbəli binalar inşa edilmiş, əvvəllər tikilmiş beşmərtəbəli binalar yenidən təmir edilmiş, xüsusi bəzək materialları vasitəsilə fasadları tamamilə yenilənmişdir. İndi Xırdalanı Bakıdan seçmək olmur.

Hörmətli cənab Prezident, şəhərimizə göstərdiyiniz diqqət və qayğıya görə bir daha Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Mustafa Zeynalov.

Azərbaycan Respublikası, Xırdalan şəhəri.