Gerb

30 aprel 2013, 17:00
18928

Prezident İlham Əliyev Yunanıstan Respublikasının xarici işlər naziri Dimitrios Avramopoulosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, turizm sahələrində inkişaf etdirilməsi, həmçinin Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdır.