|
30 aprel 2013, 17:10
İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul etmişdir
Prezident İlham Əliyev Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının baş direktoru və baş icraçı direktoru Toni Tayleri qəbul etmişdir. İqtisadiyyatın sürətli inkişafında aviasiya nəqliyyatının rolunu qeyd edən Toni Tayler dünyada bu sahənin tərəqqisinin vacibliyini bildirdi. O, Azərbaycanda dövlətin aviasiya nəqliyyatının inkişafına göstərdiyi diqqəti yüksək dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycanda aviasiya nəqliyyatına dövlətin daim qayğı göstərdiyini vurğuladı. Son illər dövlət vəsaiti hesabına ölkəmizin müxtəlif regionlarında müasir hava limanlarının inşa olunduğunu və yeni təyyarələrin alındığını qeyd edən dövlətimizin başçısı ölkənin biznes, turizm imkanlarının artırılmasında aviasiya nəqliyyatının önəmini vurğuladı. Görüşdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, aviasiya nəqliyyatı sahəsində yeni tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.