|
30 aprel 2013, 17:00
O.Pirverdiyevdən, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident! Respublikamızın sənaye obyektlərinin daha da inkişaf etdirilməsi üçün onların fasiləsiz elektrik enerjisi ilə təminatı məqsədilə apardığınız məqsədyönlü və uzaqgörən siyasətiniz nəticəsində Azərbaycanda enerji obyektlərinin sayı gündən-günə artmış və ölkəmiz nəinki öz tələbatını ödəməyə, hətta dünya bazarına elektrik enerjisi çıxarmağa qadir dövlətə çevrilmişdir. Sizin uğurlu daxili və xarici siyasətiniz nəticəsində bu gün respublikamız Avropa dövlətlərini nəinki qaz və yanacaqla, hətta elektrik enerjisi ilə də təmin etmək qüdrətinə malikdir. Sizin Azərbaycan energetiklərinə göstərdiyiniz böyük diqqət və qayğınızın nəticəsini biz Mingəçevir Su Elektrik Stansiyasının üzvləri də açıq-aydın hiss edirik. Belə ki, 2005-2015-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bizim stansiyanın inkişafına xüsusi diqqət yetirdiyinizə və onun yenidən qurulması üçün maliyyə vəsait ayırdığınıza görə kollektivimiz Sizə öz minnətdarlığını bildirir və apardığınız siyasətin uğurla həyata keçməsini arzulayır. Sizin göstərişinizlə bu gün Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işləri aparılır və söz veririk ki, yenidənqurmadan sonra stansiyamızın gücünü 360 MVt-dan 424 MVt-a çatdıracağıq. Möhtərəm Prezident, bizim Mingəçevir şəhərinə, onun enerji obyektlərinə, sənayesinin inkişafına ayırdığınız vəsait şəhərimizin sakinlərinə, energetiklərinə göstərdiyiniz yüksək qayğının parlaq təzahürüdür. Allah Sizi qorusun! Biz daim Sizinləyik və Sizi dəstəkləyirik. “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi” MMC-nin kollektivi adından dərin hörmətlə,
O.İ.Pirverdiyev, direktor. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.