|
30 aprel 2013, 20:00
Niyazi İsgəndərov və başqalarından, Bakı, Azərbaycan
Çox hörmətli Prezident! Biz Binəqədi rayonu 7-ci mikrorayon A.Kunanbayev küçəsinin sakinləri respublikamızda, o cümlədən Binəqədi rayonunda aparılan quruculuq-abadlıq işlərinə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Qeyd etmək istəyirik ki, son zamanlar Binəqədi rayonunda xeyli abadlıq işləri görülmüş və görülməkdədir. Binalarımızın dam örtüklərinin yeniləri ilə əvəzlənməsi, fasadlarının rənglənməsi, bloklarının pəncərələrinin dəyişdirilməsi və s. işlər bütün sakinlərin ürəyincədir. Onu da qeyd etmək istəyirik ki, həyətlərdə xeyir-şər evləri yox dərəcəsində idi. İndi isə demək olar ki, hər məhəllədə xeyir-şər evləri tikilir. Həyətyanı sahələrdə yeni parklar salınır, yeni idman meydançaları tikilir, yollarımız yenidən təmir edilir, asfaltlanır. Yol kənarlarına ağaclar, güllər, çiçəklər əkilir. Respublikamızda son zamanlar aparılan bütün bu işlər ölkəmizə gələn turistləri heyran edir. Hörmətli cənab Prezident, məlumat üçün onu da qeyd etmək istəyirik ki, 2013-cü il oktyabrın 15-i tarixində keçiriləcək növbəti Prezident seçkilərində biz Binəqədi rayon sakinləri hamımız bir nəfər kimi Sizi dəstəkləyəcəyik. Biz Sizə inanırıq və hər zaman Sizi dəstəkləyəcəyik. İnanırıq ki, Sizin apardığınız daxili və xarici siyasət nəticəsində tezliklə Qarabağ torpaqları işğaldan azad ediləcəkdir. Çünki artıq bütün dünya siyasətçiləri bu məsələdə Azərbaycanımızın haqlı mövqeyini dəstəkləyirlər. Bunlar danılmaz faktdır. Çox hörmətli Prezident, biz Binəqədi rayon sakinləri respublikamızda, o cümlədən Binəqədi rayonunda aparılan abadlıq, yaşıllıq, təmizlik və quruculuq işlərinə görə bir daha Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi bütün azərbaycanlı ailələri kimi sevir və dəstəkləyirik. Siz bizim əbədiyaşar Prezidentimizsiniz. Tanrı Sizə yar olsun! Amin!
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.