Gerb

01 may 2013, 14:25

Möhtərəm Prezident!

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasətin Sizin tərəfinizdən uğurla davam etdirilməsi Azərbaycanı beynəlxalq aləmdə dinamik edən demokratik ölkəyə çevirmişdir. Son illərdə qazanılmış uğurlar və nailiyyətlər Sizin böyük istedad və fenomenal təşkilatçılıq qabiliyyətinizin, səfərbəredici gücünüzün nəticəsidir.

Hörmətli cənab Prezident, Siz əməli fəaliyyətinizlə sübut edirsiniz ki, Heydər Əliyev siyasətinin alternativi yoxdur. Siz ulu öndərimizin əbədiyaşar ideyalarının gerçəkləşməsini təmin etməklə yanaşı, onları müasir dövrün tələblərinə uyğunlaşdıraraq, mahiyyətcə daha da zənginləşdirir və təkmilləşdirirsiniz.

Çox hörmətli Prezident, ölkədə aparılan böyük abadlıq və quruculuq işləri biz lənkəranlıları ürəkdən sevindirir. Sizin diqqət və qayğınız sayəsində bizim rayonumuz da uğurla inkişaf edir, gündən-günə abadlaşır, gözəlləşir.

Ölkəmizin tərəqqisi və inkişafı kəndimizə də öz təsirini göstərmişdir. Kəndimizin sakinləri dövlətin qayğısını daim hiss edirlər. Kəndimizdə son illərdə Heydər Əliyev Fondu hesabına yeni məktəb binası inşa edilmişdir. Həmçinin kənd həkim ambulatoriyası və poçt şöbəsi üçün yeni binalar tikilmiş, elektron tipli telefon stansiyası quraşdırılmışdır. Hazırda kəndimizə təbii qazın verilməsi üçün böyük tikinti-quraşdırma işləri aparılır.

Möhtərəm Prezident Sizin daxili və xarici siyasətiniz xalqımızı irəliyə, parlaq gələcəyə aparan düzgün, işıqlı yoldur. Kəndimizin sakinləri bu il keçiriləcək Prezident seçkilərində yekdilliklə Sizi dəstəkləyəcəklər. Siz təkcə Yeni Azərbaycan Partiyasının deyil, bütün xalqımızın yeganə və ən layiqli namizədisiniz. Biz Sizə inanırıq.

Dərin hörmətlə

Qurbanov Sədaqət
Kazımov Həsənbala
Babayev Məzahir.

Azərbaycan Respublikası, Lənkəran rayonu Şağlaküçə kəndi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR