|
01 may 2013, 19:45
İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığı komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatda uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunaraq müdafiə sahəsində əməkdaşlığın da yüksək səviyyədə olduğu vurğulandı. ABŞ Nəqliyyat Komandanlığının komandanı Uilyam Freyzer Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirdi, bu sahədə fəal əməkdaşlığa görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.