|
01 may 2013, 17:05
İlham Əliyev Qobustandakı Bayraq Meydanında yaradılmış şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Qobustana səfəri çərçivəsində rayon mərkəzindəki parkda Bayraq Meydanında yaradılmış şəraitlə tanış olmuşdur. Ölkəmizdə dövlət rəmzlərimizə hörmət və məhəbbət Ulu Öndərin xalqımıza ən böyük əmanətlərindən biridir. Müstəqilliyimizin hər bir atributunun Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilməsi Prezident İlham Əliyevin Bakıda möhtəşəm Bayraq Meydanının yaradılması barədə qərarından qaynaqlanır. İndi ölkənin hər bir bölgəsinin ən uca, ən baxımlı yerində üçrəngli, ay-ulduzlu bayrağımız dalğalanır. Qobustan rayonunun mərkəzində yaradılmış Bayraq Meydanı da sakinlərin ən çox üz tutduqları məkanlardan biridir. Məlumat verildi ki, iki hektar ərazini əhatə edən meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bayrağın eni 10, uzunluğu 20 metrdir. Altı ay müddətində inşa olunmuş Bayraq Meydanında geniş abadlıq işləri aparılmışdır. Yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.