|
01 may 2013, 17:00
İlham Əliyev Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən zavodların açılışında iştirak etmişdir
Prezident İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak etmişdir. “AzFP CO LTD” MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlətimizin başçısına məlumat verdi ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunmuşdur. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcəkdir. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılmış, ərazidə geniş yaşıllıq işləri görülmüşdür. Azərbaycan Prezidenti birdəfəlik plastik qablar, priforminqlər istehsalı zavodunu işə saldı. Prezident İlham Əliyev zavodun istehsal prosesi ilə tanış oldu. Bildirildi ki, zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunmuşdur. Müəssisənin gündəlik istehsal gücü 50 tondur. Burada 150 növdən çox polistirol, polipropilen xammalından qida məhsulları üçün istehlak taraları və priforminqlər istehsal olunur. Hazırda zavodda ilk mərhələdə 200 nəfər çalışır. İstehsal prosesi tam kompyuterləşdirilmişdir. Bütün proses vahid mərkəzdən idarə olunur. Dövlətimizin başçısı burada istehsal olunan hazır plastik qablara baxdı. Qeyd olundu ki, artıq sifarişlərin qəbuluna da başlanılmışdır. Prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə tanış oldu. Diqqətə çatdırıldı ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulmuşdur. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Birinci hissə yarımməmulat xəttindən, ikinci hissə isə məmulat xəttindən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir. Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəldi. Bildirildi ki, “Milla” brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulmuşdur. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmışdır. Hazırda zavod yüksək keyfiyyətli “Milla” ticarət markası altında 56 növ süd məhsulları istehsal edir. Azərbaycan Prezidenti südün emalı və qablaşdırılması prosesi ilə tanış oldu. Bildirildi ki, burada ultra-yüksək temperaturda pasterizə edilmiş süd və süd məhsulları qablaşdırılır. “Milla” Azərbaycanda ilk dəfə laktozaya qarşı həssas insanlar üçün laktozasız süd istehsal edir. Zavodda, həmçinin müxtəlif çeşidli meyvəli yoğurt, dondurma, qatıq, xama, ayran, süzmə və qaymaq istehsal olunur. Zavodda ağartı məhsullarının tərkibinin və keyfiyyətinin standartlara uyğunluğunu müəyyənləşdirən müasir laboratoriya fəaliyyət göstərir. Dövlətimizin başçısı süd və dondurma istehsalı zavodunda buraxılan məhsulların nümayiş etdirildiyi stendlə tanış oldu. Məlumat verildi ki, müəssisənin gündəlik istehsal gücü 250 ton təşkil edir. Müəssisədə kəsmik, pendir, kərə yağı, qatıq və müxtəlif çeşidli digər məhsulların da istehsalı üçün hazırlıq işləri aparılır. Zavodun xammalla təmin edilməsi üçün müəssisənin nəzdində respublikanın ayrı-ayrı bölgələrində heyvandarlıq kompleksləri yaradılmışdır. Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.