|
01 may 2013, 19:40
İlham Əliyev Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur
Prezident İlham Əliyev Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitlə tanış olmuşdur. Dövlət başçısı elektromobillə mərkəzin ərazisini gəzdi. Məlumat verildi ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin bütün regionlarında beynəlxalq standartlara cavab verən istirahət mərkəzləri və otellər tikilib istifadəyə verilir. Onlardan biri də Qobustan Bağ-Bağat Mərkəzidir. Burada Qobustan sakinlərinin və qonaqların istirahətinin səmərəli təşkili üçün gözəl şərait yaradılmışdır. Bildirildi ki, iki il əvvəl istifadəyə verilmiş bu mərkəz rayon sakinlərinin və qonaqların mənalı istirahət yerinə çevrilmişdir. Ərazidə üç istirahət meydançası yaradılmış, müxtəlif attraksionlar quraşdırılmışdır. Buradakı iki süni göl istirahətin maraqlı keçməsinə xidmət edir. Zövqlə əkilmiş göz oxşayan ağac və gül kolları mərkəzdə istirahət edənlərdə xoş təəssürat yaradır. Mərkəzdə gecələmək və yaxud istirahət etmək istəyənlər üçün dördmərtəbəli otel tikilir. İnşası başa çatmaqda olan bu otel ən müasir standartlara cavab verəcəkdir. Qobustan Bağ-Bağat Mərkəzində yaradılmış şəraitdən məmnunluğunu bildirən dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.