|
01 may 2013, 20:00
İlham Əliyev Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallananın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev özünün Brüsselə və Avropa İttifaqının prezidenti Herman Van Rompuyun və Avropa Komissiyasının prezidenti Xose Manuel Barrozunun, Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eştonun Azərbaycana uğurlu səfərlərini məmnunluqla xatırladı. Əməkdaşlığımızın yüksək səviyyədə olduğunu deyən dövlətimizin başçısı bu əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğuladı. Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar Siyasi Qrupunun sədri Martin Kallanan öz növbəsində Avropa İttifaqının əlverişli strateji mövqedə yerləşən Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərindən, regional əlaqələrdən və digər məsələlərdən danışıldı. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.