Gerb

02 may 2013, 13:10

Hörmətli cənab Prezident!

Mən Suraxanı rayonu gəncləri adından Sizə minnətdarlığımı bildirmək istəyirəm. Gənclər üçün yaratdığınız şərait, xaricdə təhsil almaq imkanı, idmanda əldə edilən nailiyyətlər, təhsil ocaqlarının əsaslı təmiri, yeni məktəblərin tikilməsi, məktəbəqədər təhsil müəssisələrin təmiri, səhiyyədə aparılan islahatlar, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, yolların və Bakı ətrafı qəsəbələrin abadlaşdırılması və görülən digər işlərə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, qarşıdan gələn Prezident seçkilərində Sizi dəstəkləyəcəyik.

Dərin hörmətlə, 

Milyanxanım Babazadə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi.