İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir

03 may 2013, 14:30
İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt “ASAN xidmət” mərkəzinin açılışında iştirak etmişdir.

Mərkəzlə tanış olan dövlətimizin başçısına Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov məlumat verdi ki, burada ilk dəfə ölkədə tətbiq olunan elektron ərizə doldurma aparatı yerləşdirilmişdir.

Mərkəzə müraciət edən vətəndaş elektron ərizəni dolduraraq eyni vaxtda çap etdirə bilər. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Mərkəz internetə daim açıq olan kompyuterlərlə təchiz edilmiş və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün hər cür şərait yaradılmışdır. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, uşaq əyləncə guşəsi, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir.

Qeyd edildi ki, binada əlillər üçün də bütün zəruri şərait yaradılmışdır. Binanın girişində onlar üçün xüsusi lift quraşdırılmışdır.

Gözdən əlillərin sərbəst hərəkəti üçün isə hər bir mərtəbənin döşəməsinə xüsusi örtüklər vurulmuş və lövhələr onların oxuya biləcəkləri müvafiq hərflərlə hazırlanmışdır.

Mərkəzdə, həmçinin vətəndaşların qəbulunun elektron növbə əsasında həyata keçirilməsi üçün ən müasir avadanlıq quraşdırılmışdır. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaqdır. Vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün 30 gənc seçilmiş və onlar təlimlərə cəlb olunmuşlar.

Dövlətimizin başçısı könüllülərlə görüşdü.

Prezident İlham ƏLİYEV dedi:

-Artıq “ASAN xidmət” Sumqayıta da gəldi, Bakıdan üç ay sonra. Keçən dəfə Sumqayıtda olarkən demişdim ki, Sumqayıtda Bakı şəhərinə xas olan bütün standartlar tətbiq olunmalıdır. Həm infrastruktur layihələri o səviyyədə icra edilməlidir, həm də ictimai yerlər, xidmət sektoru o səviyyədə olmalıdır.

İndi Sumqayıtda gözəl parklar salınır. Bu gün Heydər Əliyev Parkının vəziyyəti ilə tanış oldum. Sumqayıt doğrudan da ölkəmizin çox gözəl şəhərinə çevrilir və Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Sumqayıtın əhalisi də artır, iş yerləri açılır. İndi yeri yaradılan sənaye müəssisələri, texnoparklar kənar bölgələrdən də işçi qüvvəsini Sumqayıta gətirəcəkdir. Yəni, burada iş çox olacaqdır və bu Mərkəz nəinki Sumqayıt sakinlərinə, eyni zamanda, Abşeron, Siyəzən, Şabran və Xızı rayonlarının sakinlərinə xidmət göstərəcəkdir.

Bu, sizin üçün də gözəl təcrübədir. İlk növbədə gələcək fəaliyyətiniz üçün, hesab edirəm ki, çox vacib olan təcrübədir. Digər tərəfdən, bax bu valantyorluq sizin niyyətinizi göstərir, onu ifadə edir. Yəni, siz cəmiyyətin fəal üzvlərisiniz. Əgər siz könüllü şəkildə, necə deyərlər, vətəndaşlara və dövlətə təmənnasız kömək etmək istəyirsinizsə, deməli sizin niyyətiniz çox xoşməramlıdır və ölkəmizin ümumi inkişafına tam uyğundur. Bax, belə gənclər olmalıdır, Vətəni sevən, insanlara xoş münasibət bildirən, peşəkar, bilikli və müasir. Mən sizə uğurlar arzulayıram. Sizə bax bu təşəbbüsə görə minnətdarlığımı bildirmək istəyirəm.

X X X

Sonra Azərbaycan Prezidentinə məlumat verildi ki, mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərinin, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaqdır. Mərkəzin “Çağrı” xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefonla bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala və növbə tuta bilər. Mərkəzdə videomüşahidə kameraları və rüsumların məbləğlərini əks etdirən rüsum tablosu da quraşdırılmışdır. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 25 hüquqi xidmət həyata keçiriləcəkdir. Bundan əlavə, mərkəzdə vətəndaşlara 22 növ funksional yardımçı xidmət göstəriləcəkdir. Korrupsiya hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi məqsədilə mərkəzdə xidmət prosesi fasiləsiz videokamera vasitəsilə qeydiyyata alınacaqdır. Xidmət prosesi müasir İP telefon və İP şəbəkə sistemi ilə təmin edilmişdir. Xidmətlərin tənzimlənməsi məqsədilə elektron monitor və elan tabloları qurulmuşdur. Xidmətin “asan.gov.az” internet saytı vasitəsilə vətəndaşlar üçün “online” növbəyə yazılma, elektron ərizələr doldurma, sənədlərin müvafiq orqanlara elektron qaydada göndərmə və digər imkanlar yaradılmışdır. “ASAN xidmət” mərkəzinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, şəffaflığın təmin edilməsi, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların, “bir qapı” prinsipinin tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin - “dövlət qulluqçusunun vəzifəsi vətəndaşın hüququnu təmin etməkdir” yanaşmasının formalaşdırılmasıdır.

Prezident İlham Əliyevə mərkəzin səyyar avtobusları ilə bağlı məlumat verildi.

Vurğulandı ki, “ASAN xidmət”in avtobusunda səyyar xidmət konsepsiyasının əsas komponentləri - alternativ enerji mənbələrindən istifadə olunması, nağdsız hesablaşmaların və şəffaflığın təmin edilməsi, vətəndaşların dövlət orqanlarına etimadının gücləndirilməsi əksini tapmışdır. Bölgələrdə səyyar fəaliyyət göstərmək üçün “ASAN xidmət”in şəxsi heyəti və hərəkət vasitələri şimal və cənub qruplarına bölünəcəkdir. Səyyar qrupların hər biri şəhər və rayonlarda 15 gündən bir ayadək vətəndaşlara xidmət göstərəcəkdir. Qrup müvafiq şəhər və rayona daxil olarkən xidmətlərin həyata keçirilməsi üçün iki iş günü ərzində nəzərdə tutulmuş xüsusi məkanlarda yerləşdiriləcəkdir.

Dövlətimizin başçısı səyyar xidmət avtobusu ilə tanış oldu.

Qeyd edildi ki, agentliyin xüsusi sifarişi əsasında Türkiyədə yığılan “Mercedes” markalı avtobus keyfiyyətli xidmətin göstərilməsi üçün yüksək zövqlə və bu qəbildən olan nəqliyyat vasitələrindən fərqli şəkildə hazırlanmışdır. İş prosesində sərf olunacaq elektrik enerjisini avtobusun üzərində quraşdırılan günəş panelləri təmin edəcəkdir. Avtobusun üzərində quraşdırılmış böyük monitorda rüsumlar, növbələr, müxtəlif görüntülər, xidmətlər barədə məlumatlar nümayiş etdiriləcəkdir.

Avtobusda “ASAN xidmət”in 11 əməkdaşının eyni vaxtda vətəndaşlara xidmət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Həmçinin vətəndaşların yağışlı və ya günəşli havada növbə tutmaları üçün avtobusda rahat çadır da vardır. Avtobusun qoşqusunda isə “ASAN xidmət” əməkdaşlarının istirahəti və qidalanmaları üçün yüksək şərait yaradılmışdır.

Prezident İlham Əliyev mərkəzin həyətində İnnovasiyalar Mərkəzinin yeni texnologiyaları ilə tanış oldu.

Azərbaycan Prezidenti İlham Əliyevə innovasiyalı mərkəzləşdirilmiş parklanma sistemi barədə məlumat verildi.
Diqqətə çatdırıldı ki, bu sistemin əsas məqsədi avtomatlaşdırılmış park sistemini tətbiq etməkdir. Bu sistemdən ABŞ və bəzi

Avropa ölkələrində artıq istifadə olunur.

Sonda xatirə şəkli çəkdirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:58
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

19 aprel 2024, 16:58
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:56
“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik...

19 aprel 2024, 16:56
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:54
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                           

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli...

19 aprel 2024, 16:54
SƏNƏDLƏR Fərmanlar 19 aprel 2024
16:52
“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29...

19 aprel 2024, 16:52
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51