Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

2013-cü il yanvarın 28-də Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-ci illərdə gənclər və idman sahələrində Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Text size Plus Minus

03 may 2013, 21:00

1. 2013-cü il yanvarın 28-də Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-ci illərdə gənclər və idman sahələrində Əməkdaşlıq Proqramı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Albaniya Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi