Gerb

03 may 2013, 23:15

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2013-cü il fevralın 28-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Texnologiya Nazirliyi arasında Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması sahəsində əməkdaşlığın davam etdirilməsi haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Almaniya Federativ Respublikası Hökumətini xəbərdar etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 may 2013-cü il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR