|
04 may 2013, 10:40
Kənd Təsərrüfatı Kreditləri üzrə Beynəlxalq Konfederasiyanın 43-cü konfransının iştirakçılarına
Hörmətli konfrans iştirakçıları! Müxtəlif ölkələri təmsil edən və kənd təsərrüfatını kreditləşdirən 100-dən çox bank və maliyyə təşkilatının birləşdiyi Beynəlxalq Konfederasiyanın növbəti toplantısının Bakıda keçirilməsini əhəmiyyətli hesab edirəm. Dünyada ərzaq təhlükəsizliyi məsələlərinə həssaslıqla yanaşıldığı bir dövrdə kənd təsərrüfatını kreditləşdirən maliyyə institutlarının bir araya gələrək bu sahədə təcrübə mübadiləsi aparması, mövcud problemləri müzakirə etməsi və onların həlli yollarını araması təqdirəlayiqdir. Azərbaycan Respublikası iqtisadiyyatın şaxələndirilməsini iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Belə bir vəzifənin reallaşdırılması ilk növbədə aqrar-sənaye kompleksinin inkişaf etdirilməsini, bu sahənin maliyyə resursları ilə təminatının yaxşılaşdırılmasını tələb edir. Ölkəmizdə kənd təsərrüfatı dövlət tərəfindən davamlı olaraq dəstəklənir, fermerlərə subsidiyalar və güzəştli kreditlər ayrılır, aqrar infrastrukturun yaradılmasına hər cür köməklik göstərilir. Müasir aqrobiznesin inkişafı həm də texnoloji yeniləşmənin, innovativ dəyişikliklərin maliyyə qurumları tərəfindən dəstəklənməsindən, fermerlərin kredit əldəetmə imkanlarının genişləndirilməsindən asılıdır. Ümidvaram ki, konfrans aqrar sahə üzrə layihələrə iri maliyyə institutlarının diqqətinin cəlb edilməsi, qarşılıqlı faydaya əsaslanan birgə fəaliyyətin həyata keçirilməsi, kənd təsərrüfatının kreditləşdirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ərzaq təhlükəsizliyi sahəsində qlobal çağırışların nəzərə alınması baxımından əhəmiyyətli olacaqdır. Konfransın işinə bir daha müvəffəqiyyətlər, sizə isə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
İlham Əliyev 03 may 2013, 23:30
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
04 may 2013, 11:00
2013-cü il martın 11-də Zaqreb şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Xorvatiya Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.