|
04 may 2013, 16:20
Murad Adıgözəl-zadədən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident! Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq Azərbaycan milli incəsənəti və mədəniyyəti yolunda yaradıcılıq fəaliyyətləri ilə bağlı filarmoniyanın bir qrup sənətçisinə göstərdiyiniz etimada - onları Prezident mükafatına layiq gördüyünüzə görə, Sizə öz adımdan və Filarmoniyanın bütün əməkdaşları adından dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizin mədəniyyət işçilərinə göstərdiyiniz diqqət bir daha sübut edir ki, Siz həqiqətən mədəniyyətimizin böyük təminatçısı və qayğıkeşisiniz. Bütün dünyada sayılıb-seçilən, adı xarici ölkələrdə hörmətlə çəkilən, nüfuzlu siyasi xadim kimi tanınan və qəbul edilən bir şəxsiyyətin davamçısı olaraq, Filarmoniyanın sənətçilərinin Prezident mükafatına layiq görülmələri bizi ruhlandırır və daha böyük uğurlar qazanmağa sövq edir. Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür diləyirəm. Sizə bir daha minnətdarlığımı bildirir və müstəqil Azərbaycanımızın çiçəklənməsi naminə fəaliyyətinizdə sonsuz uğurlar arzulayıram.
Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası, Bakı şəhəri. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
17 oktyabr 2013, 14:38
Yunanıstanın Baş naziri Antonis Samaras Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.