Gerb

05 may 2013, 20:35
19148

Prezident İlham Əliyev ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Suareşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə ATƏT-in Parlament Assambleyası arasında əlaqələrin uğurla inkişafından məmnunluq ifadə olundu.

Əməkdaşlığımızın perspektivlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı.