Gerb

06 may 2013, 13:20

Hörmətli cənab Prezident!

Milli teatr sənətində kiçik xidmətlərimi yüksək qiymətləndirərək məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə səmimi təşəkkürümü və minnətdarlığımı bildirirəm. Sizin milli-mənəvi dəyərlərimizə, sənətə və sənət adamlarına göstərdiyiniz yüksək diqqət və qayğı, onların sosial rifah halının gündən-günə möhkəmləndirilməsi dövlətimizin sürətli inkişafının bariz nümunəsidir. Bu inkişaf, bu yüksəliş Sizin yorulmadan apardığınız uğurlu siyasətin nəticəsidir. Sizə xalqımızın və dövlətimizin parlaq gələcəyi naminə fəaliyyətinizdə daha böyük uğurlar, möhkəm cansağlığı və qarşıdan gələn Prezident seçkilərində parlaq qələbə arzu edirəm.

Hörmətlə,

Quliyev Qabil Əzizulla oğlu.

Azərbaycan Respublikası. Lənkəran rayonu,

Lənkəran şəhər Qala xiyabanı 28/18.