Yaşar Həsənovdan, Ağdaş, Azərbaycan
07 may 2013, 11:30
Möhtərəm Prezident!
Müdriklik zirvəsinin Fatehi, Ulu Öndərimiz xalqımıza xidmət etmək üçün Sizi özünün layiqli davamçısı kimi hazırlamaqla uzaqgörən lider olduğunu bir daha sübut etmişdir.
Hörmətli cənab Prezident, Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövrdə bütün regionlarda olduğu kimi Ağdaş rayonunda da abadlıq və quruculuq işləri daha da geniş vüsət almış, xalqımızın xoşbəxt gələcəyə olan inamı daha da artırmışdır. Sürətlə inkişaf edən təhsilimizdə Texniki Peşə məktəblərində olan çatışmazlıqlar da Sizin diqqətindən kənarda qalmamışdır. Siz ölkəmizdə peşə təhsilinin inkişafına xüsusi əhəmiyyət verirsiniz. 2007-ci il iyulun 3-də “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” peşə təhsilinin məzmununun müasir tələblərə cavab verəcək səviyyədə qurulmasına şərait yaratmışdır. Biz Ağdaş Peşə məktəbinin kollektivi Sizin siyasətinizi bəyənir və Sizi əmin edirik ki, qarşıdan gələn Prezident seçkilərində birmənalı olaraq Sizin namizədliyini dəstəkləyəcəyik.
Hörmətlə,
Həsənov Yaşar Muğdət oğlu.
Azərbaycan Respublikası, Ağdaş rayonu,
Aşağı Ləki kəndi.
