Gerb

07 may 2013, 14:00

Möhtərəm Prezident!

Son illərdə ölkəmiz bütün sahələrdə olduğu kimi musiqi sənətinin inkişafında da böyük nailiyyətlər qazanmışdır. İndi respublikamızda bir çox beynəlxalq musiqi tədbirləri keçirilir, dünyanın hər yerində dinləyicilər Azərbaycan musiqisinə heyran qalırlar. Musiqiçilərimiz Sizin göstərdiyiniz diqqət və qayğıdan ruhlanaraq daha səylə çalışırlar. Bu diqqət və qayğıya, o cümlədən böyük etimad göstərərək, bizi Prezident mükafatına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Q.Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin kollektivi adından dərin hörmətlə, 

Seyidov Uran
Mehdiyeva Dilarə
Bağırov Viktor. 

Azərbaycan Respublikası, Bakı şəhəri.