Gerb

07 may 2013, 14:15

Möhtərəm Prezident!

Siz ulu öndərimiz Heydər Əliyevin ənənələrini davam etdirərək Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına böyük diqqət yetirirsiniz. Bu sahədə çalışanlar dövlətimizin qayğısını həmişə hiss edirlər. Musiqi sənəti sahəsindəki fəaliyyətimizə görə biz də Sizin Sərəncamınızla Prezident mükafatına layiq görülmüşük.

Hörmətli cənab Prezident, bizim əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin artistləri adından dərin hörmətlə,

İbrahimova Şəhla
Hacıyev İlqar
Məmmədov Sirus. 

Azərbaycan Respublikası, Bakı şəhəri.