|
08 may 2013, 12:20
“Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli Qanunu ilə təsdiq edilmişdir Maddə 1. Medalın ümumi təsviri “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra - medal) ensiz lövhə ilə birgə bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan dairəvi lövhədən ibarətdir. Maddə 2. Medalın ön tərəfi Medalın ön tərəfində iki dairə əks olunur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN POLİSİNİN”, aşağı qövs boyunca “95 İLLİYİ” sözləri həkk olunmuş, ikinci dairədə daxili işlər orqanlarının emblemi və onun ətrafında dairə boyunca dəfnə yarpaqlarından çələng, yuxarı hissədə çələngin birləşdiyi yerdə aypara və səkkizguşəli ulduz, emblem ilə cələng arasında dairə boyunca mərkəzdən başlayan şüalar təsvir edilmişdir. Maddə 3. Medalın arxa tərəfi Medalın arxa tərəfi hamardır, üzərində “AZƏRBAYCAN POLİSİ”, “95 il”, “1918 – 2013” sözləri həkk olunmuşdur. “95 il” sözləri aşağı hissədən sünbüllərlə əhatələnmişdir. Maddə 4. Medalın elementləri 4.1. Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçülü, düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhənin ön tərəfi iki hissədən ibarətdir. Üst hissə xara lentdə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər şaquli zolaqlara bölünmüş, qırmızı rəngli zolağın kənarlarında şaquli istiqamətdə 1 mm enində ağ rəngli zolaq təsvir edilmişdir. Lövhənin alt hissəsinə eni 6 mm olan, üzərində aypara ilə səkkizgüşəli ulduz təsvir edilmiş milli ornamentli təbəqə bərkidilir. 4.2. Medala eyni xara lentdən üz çəkilmiş, paltarın yaxasına bərkidilmək üçün elementi olan 27 mm x 9 mm ölçüdə qəlib əlavə olunur. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.