Gerb

08 may 2013, 13:00

Hörmətli cənab Prezident!

Siz ölkəmizdə səhiyyənin inkişafına çox böyük diqqət və qayğı göstərirsiniz. Bunun nəticəsidir ki, indi bir çox rayonlarda yeni xəstəxana binaları tikilmiş, onlar müasir avadanlıqlarla təchiz edilmiş, əhalinin sağlamlığının qorunması üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Möhtərəm Prezident, Qobustan Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikilməsi üçün imzaladığınız Sərəncam rayonumuzun bütün sakinlərinin, xüsusilə də səhiyyə işçilərinin böyük sevincinə səbəb olmuşdur. Qobustanın səhiyyə işçiləri adından Sizə səmimi minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

Abbasov Əli
Mənsimov Balamirzə
Rəhimov Pərvin
Şikarova Pakizə. 

Azərbaycan Respublikası, Qobustan rayonu.