Gerb

09 may 2013, 12:50

Hörmətli cənab Prezident!

Üzümüzü Sizə tutub deyirik: “Allah Sizi bütün çətinliklərdən qorusun. Qadir Allah hər işdə, bütün daxili və xarici siyasətinizdə başınızı uca, ömrünüzü uzun və canınızı sağlam etsin. Allah həmişə və hər yerdə sözünüzü ötkün və bütün işlərdə Sizi fəal etsin. Allah Sizi dünya durduqca yaşatsın. Biz Sabirabad rayon Moranlı kənd sakinləri və ağsaqqalları Sizə nə qədər xoş söz desək, nə qədər tərif versək yenə azdır. Allah Sizi başımızın üstündən əskik etməsin. Qoy qadir olan Allah həmişə Sizi qorusun!”.

Möhtərəm Prezident, biz ağsaqqalların xeyir-duası həmişə Sizinlə olsun. Allah Heydər Əliyevə rəhmət etsin, qəbrini nurla doldursun, yerini behişt etsin. O, qadir olan Allahın mərhəməti ilə Sizin kimi istedadlı siyasətçini Azərbaycanımıza bəxş etmişdir.

Sizin bizim Moranlı kəndinin əhlisinin yol probleminin və bütün digər çətinliklərinin aradan qaldırılması barədə verdiyiniz göstərişlər bizi çox sevindirmişdir. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Dərin hörmətlə,

İsmayılov Bayram
Kərbəlayı Ocaqqulu
Mansurov Ağaqulu
Əsədov Zakir
Mehdiyev Fərhad və başqaları (cəmi 24 nəfər).

Azərbaycan Respublikası, Sabirabad rayonu, Moranlı kəndi.