Gerb

09 may 2013, 13:00

Möhtərəm cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin siyasi davamçısı kimi Sizin Azərbaycanın milli mədəniyyətinə və incəsənətinə göstərdiyiniz diqqət və qayğı bu sahədə çalışan insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. Fəaliyyətimə yüksək etimad göstərərək, mənə verdiyiniz Prezident mükafatına görə Sizə ürəkdən təşəkkür edirəm. Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın çiçəklənməsi naminə misilsiz fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Nigar Rzayeva,

Dövlət rəqs ansamblının artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.