Gerb

10 may 2013, 13:00

Möhtərəm cənab Prezident!

Sizin ölkəmizə rəhbərliyiniz dövründə xalqımızın milli sərvəti sayılan Azərbaycan teatrının maddi-texniki bazası güclənmiş, yaradıcılıq potensialı yaxşılaşmış, bu sahədə çalışan sənət adamlarına göstərilən qayğı artmışdır. Zəngin sənət ənənələri olan Naxçıvan Dövlət Musiqili Dram Teatrı da həmişə Sizin diqqətinizdə olmuş, 2008-ci ildə Sərəncamınızla onun 125 illik yubileyi geniş qeyd edilmişdir. İndi isə teatrımızın üç nəfər əməkdaşının Prezident mükafatına layiq görülməsi bizə göstərdiyiniz diqqət və qayğını bir daha təsdiq etdi. Bütün kollektivimiz adından Sizə dərin minnətdarlığımı bildirirəm.

Dərin hörmətlə,

Kamran Quliyev, direktor.

Azərbaycan Republikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.