Gerb

10 may 2013, 13:05

Möhtərəm cənab Prezident!

Siz Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, bu sahədə çalışan sənət adamlarına böyük qayğı göstərirsiniz. Yaradıcılığımı yüksək qiymətləndirərək, məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da Azərbaycan musiqisinin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyəm.

Dərin hörmətlə,

Yalçın Adıgözəlov, xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.