|
10 may 2013, 18:50
Həsən Günəşli və başqalarından, Quba, Azərbaycan
Möhtərəm Prezident! Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda böyük ruh yüksəkliyi şəraitində, əsl el bayramı səviyyəsində təntənə ilə qeyd edilir. Hər yerdə olduğu kimi, bizim rayonda da ağsaqqalların və ziyalıların iştirakı ilə yüksək səviyyəli yubiley tədbirləri keçirilir, Ulu Öndərin şərəfli həyat yolundan bəhs olunur, xalq qarşısında gördüyü müqəddəs işlər bir daha məhəbbətlə yad edilir. Rayonumuz Ulu Öndərin 90 illik yubileyini böyük nailiyyətlərlə qarşılayır. Quba ağsaqqalları böyük minnətdarlıq hissi ilə vurğulayırlar ki, rayonun hər bir sahəsində baş verən yüksəliş dünya şöhrətli siyasi xadim, ağsaqqallar ağsaqqalı, Türk dünyasının müdrik şəxsiyyəti, unudulmaz Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-80-cı illərində, eləcə də son 20 ildə bağlar diyarında əldə edilmiş bütün uğurlar Ulu Öndərin uğurlu siyasətinin nəticəsidir. Biz, Quba ağsaqqalları iftixar hissi ilə qeyd edirik ki, Siz böyük tarixi siyasətin layiqli davamçısı olaraq, respublikamızın çiçəklənməsi və beynəlxalq aləmdə tanınması sahəsində tarixi uğurlara imza atırsınız. Son illər müasir tipli Bakı-Quba, Quba-Qusar, Quba-Rusiya yolları çəkilmiş, əzəmətli körpülər salınmış, yol kənarları abadlaşdırılmış, kəndlər, qəsəbələr və şəhərlər müasir görkəm almışdır. Mürəkkəb relyefə malik olan Quba-İspik-Qəçrəş-Xınalıq yolu istifadəyə verilmiş, dağ çayları üzərində onlarla körpü salınmışdır ki, bu da dağ kəndlərinin rayon mərkəzi ilə əlaqələrini xeyli asanlaşdırmışdır. Hazırda Sizin qayğınız nəticəsində Quba-Küpçal-Qımıl Qazma-Qəçrəş dairəvi yolu çəkilir. Son bir ildə Quba rayonunun sosial-iqtisadi inkişafının yeni mərhələsi başlanıb. Dövlət proqramının həyata keçirilməsi sayəsində bölgəmiz sürətlə inkişaf edir, insanların firavan həyat sürməsi üçün əlverişli şərait yaradılır. Ucqar dağ kəndləri də müasir görkəm alır. Ucqarlarda müasir infrastruktur yaradılır, şəhər və kəndlərimizin qazlaşdırılması, elektrik enerjisi ilə təmin olunması sahəsində xeyli iş görülmüş və görülməkdədir. Qubada başlanmış geniş həcmli layihə əsasında həyata keçirilən içməli su və kanalizasiya işləri artıq yekunlaşır. Əhali yüksək keyfiyyətli təmizlənmiş su ilə təmin olunur. Elm, təhsil, səhiyyə sahəsində də bir çox ürəkaçan işlər görülmüşdür. Bu işdə Heydər Əliyev Fondunun əməyi böyükdür. Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, təhsilimizin, mədəniyyətimizin, səhiyyəmizin qayğıkeş hamisi, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti ona ümumxalq məhəbbəti qazandırıb. Ulu öndər Heydər Əliyev insan amilinə həmişə qayğı ilə yanaşıb. Bu iş indi də ardıcıllıqla davam etdirilir. Ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Ümummilli Liderimizin 90 illik yubileyi ərəfəsində bir sıra insanların əfv olunması üçün Milli Məclis qarşısında əfv təşəbbüsü ilə çıxış etməsi xalqımızın böyük sevincinə səbəb olub, Mehriban xanım Əliyevanın el içində hörmətini daha da artırıb. Hörmətli Prezident, bu gün ölkəmizdə hökm sürən siyasi sabitlik, sosial ədalət, insan haqqı və hüquqlarının yüksək dövlət səviyyəsində qorunması, milli azlıqlara göstərilən yüksək qayğı, tolerantlığa diqqət, bütün bunlar Azərbaycanın sivil, demokratik bir ölkə olduğunu bir daha təsdiqləyir. İnsanlara diqqət və qayğının bariz nümunəsi olaraq, onu göstərmək istəyirik ki, Siz bu yaxınlarda rayonumuzun Qırmızı Qəsəbə sakini, Quba rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Boris Simanduyevi ölkəmizin yüksək mükafatı - «Şöhrət» ordeni ilə təltif etməklə Quba sakinlərinin, xüsusilə Dağ Yəhudiləri icmasının böyük sevincinə səbəb oldunuz. Qubada xarici ölkə nümayəndələrinin, tanınmış elm və incəsənət adamlarının iştirakı ilə keçirilən yüksək səviyyəli yubiley təntənəsində Sizin bu addımınız milli azlıqlara göstərdiyiniz böyük qayğının təzahürü kimi qiymətləndirildi. Bu mükafat bütün qubalılara verilən yüksək qiymətdir, Heydər Əliyevin milli siyasətinin təntənəsidir. Bütün bunlara görə, əziz Prezident, Quba ağsaqqalları və geniş ictimaiyyət Sizə öz məhəbbətini və hörmətini bildirirlər. Böyük iftixar hissi ilə qeyd edirik ki, biz qubalılar ulu öndər Heydər Əliyev ideyalarına sadiq olmaqla, Sizi sevir, apardığınız daxili və xarici siyasəti ürəkdən bəyənir və dəstəkləyirik. Biz Sizin qarşıya qoyduğunuz vəzifələrin həll olunması üçün səylərimizi daha da artıracağıq.
Əziz Prezident, Uca Tanrı Sizi, xalqımızı və ailənizi qorusun! Sizə uzun ömür, möhkəm cansağlığı arzu edirik. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.