Gerb

10 may 2013, 16:00

Hörmətli cənab Prezident!

Sizi Azərbaycan xalqına bəxş etdiyiniz gözəl bir gün - Gül bayramı münasibətilə təbrik edirəm. Allah Ulu Öndər, Azərbaycan xalqının layiqli oğlu Heydər Əliyevə rəhmət etsin.

Sizə uzun ömür, cansağlığı və əmin-amanlıq arzulayıram. Xalqımız, o cümlədən incəsənət xadimləri üçün gördüyünüz işlərə görə Sizə təşəkkür edirəm. Sağ olun ki, Azərbaycanı bu cür inkişaf etdirirsiniz. Biz Sizi, Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləyəcəyik. Sizin sayənizdə Azərbaycan çiçəklənir və inkişaf edir. Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Nadir Əzimov
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, bəstəkar

Azərbaycan Respublikası, Bakı şəhəri.