Gerb

11 may 2013, 15:20

Möhtərəm Prezident!

Ölkəmizdə teatr sənətinin inkişaf etdirilməsi, Milli Teatr Gününün təsis edilməsi, teatr əməkdaşlarının təltif olunması barədə verdiyiniz sərəncamlar sənət adamları tərəfindən böyük rəğbətlə qarşılanır. Göstərdiyiniz diqqət və qayğı bizi daha həvəslə çalışmağa ruhlandırır.

Hörmətli cənab Prezident, böyük etimad göstərərək məni Prezident mükafatına layiq gördüyünüzə görə şəxsən öz adımdan və ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm. Biz Sizinlə fəxr edirik və həmişə Sizi dəstəkləyirik.

Dərin hörmətlə,

Məsmə Ağaverdiyeva,

əməkdar artist.

Azərbaycan Respublikası, Bakı şəhəri.