Gerb

11 may 2013, 15:30

Möhtərəm Prezident! 

Ümummilli liderimiz, müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda olduğu kimi, bizim rayonumuzda da böyük ruh yüksəkliyi ilə əsl bayram əhval ruhiyyəsi ilə qeyd edildi.

Ulu öndərimiz hər bir Azərbaycanlının qəlbində taxt saldığı kimi, mənim də ürəyimi fəth etmişdir. Biz bu gün inkişaf edən Azərbaycanımızın əldə etdiyi nailiyyətlərə və xalqımızın rifahının yüksəlməsinə görə ümummilli lider, uzaqgörən siyasətçi Heydər Əliyevə və onun layiqli davamçısı kimi Sizə borcluyuq. Ulu Tanrıdan Sizə və ailənizə uzun ömür, cansağlığı arzu edirəm. Tanrı Sizi və xalqımızı qorusun! Amin! 

Hörmətlə,

Rəsulov Samir Ayaz oğlu.

Azərbaycan Respublikası, Kürdəmir rayonu.