Gerb

13 may 2013, 12:00

Hörmətli cənab Prezident! 

Siz ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirərək Azərbaycan milli mədəniyyətinin və incəsənətinin inkişafına, bütün dünyada geniş təbliğ olunmasına böyük diqqət göstərirsiniz. Göstərdiyiniz bu diqqət sayəsində sənət adamları dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Bizə etimad göstərərək səhnə fəaliyyətimizlə bağlı verdiyiniz Prezident mükafatına görə Sizə ürəkdən təşəkkür edirik. Sizə uzun ömür, möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Sevinc Hüseynli və Sahib Paşazadə,
Azərbaycan Dövlət rəqs ansamblının artistləri.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR