|
13 may 2013, 12:15
F.Əliyev və başqalarından, Yardımlı, Azərbaycan
Hörmətli cənab Prezident! Rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı bu il ərzində iki sərəncam imzalamağınız onu göstərir ki, Yardımlı və onun əhalisi daim diqqətinizdədir. Bunun sayəsində rayonumuzda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, Yardımlı əvvəlki simasını xeyli dəyişmişdir. Deyirlər hər şey yoldan başlanır. Rayonumuzda da yolların çəkilməsi və genişləndirilməsi işləri həyata keçirilir. Şəhərdə küçələr işıqlandırılmış, girişdən başlayaraq hər iki tərəfinə müasir üslubda hasar çəkilmişdir. Bundan başqa 3 kənddə yeni elektron ATS-lər, 8 ədəd peyk telefon quraşdırılmışdır. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə Yardımlı-Masallı-Lerik yüksək gərginlikli hava xətti çəkilir. Dövlət Proqramına uyğun olaraq 5 kənddə məktəb tikintisi başa çatmış, 9 kənddə isə məktəb tikintisi davam etdirilir. Vaxtilə mövcud olmuş, hazırda avtomobillərin hərəkəti üçün yararsız vəziyyətə düşmüş Cəlilabad-Yardımlı yolu yenidən qurulur. 80-ə yaxın dağ kəndini əhatə edən bu yolun tikintisi Sizin adınızla bağlıdır. Möhtərəm Prezident, Yardımlı rayonunun Çanaxbulaq kəndinin 650 nəfər sakini adından Cəlilabad-Yardımlı yolunun tikintisinə dair göstərişinizə və rayonumuzun əhalisinə göstərdiyiniz qayğıya görə Sizə təşəkkür edir və minnətdarlığımızı bildiririk.
Biz Sizin daxili və xarici siyasətinizi bəyənir və dəstəkləyirik. Sizi əmin edirik ki, qarşıdan gələn Prezident seçkilərində Sizə səs verəcəyik.
A.Pençiyev AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.