Gerb

01 oktyabr 2010, 19:55

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 yanvar tarixli 837 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, №1, maddə 29; 2007-ci il, №5, maddə 451; 2008-ci il, №7, maddə 616) ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi”nin 39-cu bəndinin on doqquzuncu abzasından “medallar,” və “, fəxri adlar” sözləri çıxarılsın.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il.