|
13 may 2013, 12:30
Əyyub Quliyevdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident! Mənim Azərbaycan musiqi ifaçılığı sənətinin təbliğindəki yaradıcılıq fəaliyyətimə verdiyiniz yüksək qiymətə - məni Prezident mükafatına layiq gördüyünüzə görə Sizə təşəkkürümü və dərin minnətdarlığımı bildirirəm. 1998-ci ildə ulu öndərimiz Heydər Əliyevin Sərəncamı ilə adımın “Qızıl Kitaba” yazılması həyatıma unudulmaz bir hadisə kimi həkk olunmuşdur. Ümummilli liderimizin ənənələrini yaşadan və xalqımızın böyük sevgisini qazanmış dövlət başçısı olaraq Sizin göstərdiyiniz etimad mənim dirijorluq fəaliyyətim üçün yeni təkan və böyük ruh yüksəkliyi olmuşdur. Azərbaycanın klassik musiqi mədəniyyəti sahəsində çalışan gənc sənət adamlarına göstərdiyiniz qayğıya görə bir daha təşəkkür edir, ölkəmizin tərəqqisi və inkişafı naminə gələcək fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzu edirəm.
Dərin hörmət və ehtiramla, AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.