|
13 may 2013, 20:10
İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilmişdir
Vyanada Avstriya Respublikasının Prezidenti Haynts Fişer və xanımı Margit Fişer tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə rəsmi lanç verilmişdir. - Sizə və xanımınıza dəvətimizi qəbul edib Avstriyaya nümayəndə heyəti ilə səfər etdiyinizə görə minnətdaram. Azərbaycana, Bakıya 2011-ci ilin payızında səfərim zamanı bizə göstərilmiş qonaqpərvərliyə cavab olaraq mən də Sizi eyni qonaqpərvərliklə qəbul edirəm. Əməkdaşlığımız üçün bir çox vasitələr mövcuddur. Deyə bilərəm ki, əməkdaşlığımız hər zaman uğurlu olmuşdur. Ticarət dövriyyəsinin göstəriciləri artır, ixrac-idxal əməliyyatları genişlənir. Beynəlxalq müstəvidə, yəni beynəlxalq forum və təşkilatlar çərçivəsində də əməkdaşlıq edirik. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərini çatdıran Avstriya dövlətinin başçısı uzun illərdir həllini tapmayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmiz üçün qəbul ediləcək həlli variantına nail olunacağına əminliyini bildirdi. Münasibətlərin genişləndirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident Haynts Fişer iqtisadi əlaqələrin möhkəmləndirilməsinin və səfər zamanı imzalanan Bəyannamənin vacibliyini vurğuladı. X X X Yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Prezident İlham ƏLİYEV Azərbaycan ilə Avstriya arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq dedi: - Münasibətlərimizin tarixində ilk Avstriya Prezidenti kimi Sizin Azərbaycana səfərinizi yaxşı xatırlayırıq. Bu, tarixi səfər idi. Biz çox gözəl şəxsi münasibətlər qurmuşuq və dialoqumuzu intensivləşdirmək razılığına gəldik. İki ildən az müddətdə görürük ki, ticarət dövriyyəmiz sürətlə artmışdır. Çox fəal siyasi məsləhətləşmələr aparılır. Dövlət başçısı yüksək səviyyədə qarşılıqlı səfərlərin, həmçinin işgüzar dairələrin görüşlərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirdi. Azərbaycanda fəaliyyət göstərən Avstriya şirkətlərinin bir sıra sahələrdə uğurla təmsil olunduqlarını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivi vardır. Avstriyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqeyə də toxunan Prezident İlham Əliyev dedi: - Problemlərimizi başa düşdüyünüzə görə Sizə olduqca minnətdaram. Burada xüsusən də həll olunmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və insanlarımızın çəkdiyi əziyyətlər nəzərdə tutulur. Münaqişənin beynəlxalq hüququn normalarına uyğun olaraq həllinə dünya ictimaiyyətinin sadiqliyi nikbinlik yaradır. Lakin 20 il ərzində bu münaqişənin həll olunmaması faktı, əlbəttə ki, çox məyusedicidir. Dostluq və tərəfdaşlıq haqqında Birgə Bəyannaməmizdə qeyd edildiyi kimi, həll yolu beynəlxalq hüququn normalarına, beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalıdır. Qarşıdakı illərdə ölkələrimizin tərəfdaşlıq münasibətlərinin daha da güclənəcəyinə əminliyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında hava nəqliyyatı əlaqəsinin genişləndirilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı Vyana ilə Bakı arasında ən azı hər gün uçuşların təşkilinə əməkdaşlığımızın əlverişli zəmin yaratdığını qeyd etdi. Prezident İlham Əliyev yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirdi. ![]() AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.