|
13 may 2013, 18:00
Azərbaycan və Avstriya prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur
Təkbətək görüş başa çatdıqdan sonra Prezident İlham Əliyevin və Avstriya Respublikasının Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur. Görüşdə ulu öndər Heydər Əliyevin Avstriyaya rəsmi səfərini xatırladan Prezident Haynts Fişer Prezident İlham Əliyevin Avstriyaya rəsmi səfərinin ikitərəfli əlaqələrin inkişafında mühüm mərhələ olacağını vurğuladı. Bildirildi ki, Azərbaycan ilə Avstriya arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr getdikcə möhkəmlənir. Qeyd olundu ki, hazırda onlarla Avstriya şirkətinin Azərbaycanda fəaliyyət göstərməsi iqtisadi sahədə əməkdaşlığın perspektivlərinin uğurlu olmasının göstəricisidir. Vurğulandı ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, energetika, turizm, xidmət sektoru və digər istiqamətlər üzrə yaxşı əməkdaşlıq imkanları vardır. Ölkələrimizin enerji sahəsində əməkdaşlığının müzakirə edildiyi görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıldı. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.