Gerb

01 oktyabr 2010, 19:57

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 31 may tarixli 1019-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №4, maddə 324, №10, maddə 849; 2008-ci il, №7, maddə 612, №8, maddə 715, №11, maddə 970; 2009-cu il, №12, maddə 983; 2010-cu il, №2, maddə 83) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.37-1-ci bənd əlavə edilsin:

“8.37-1. idman mərc oyunlarını həyata keçirən hüquqi şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada akkreditə etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 mart tarixli 70 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №3, maddə 162, №7, maddə 533, №12, maddə 983; 2010-cu il, №2, maddə 80) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 8.2.10-2-ci bənd əlavə edilsin:

“8.2.10-2. idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət etmək;”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il.