Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Elnur Abbasovdan, Abşeron, Azərbaycan

Text size Plus Minus

14 may 2013, 13:50

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyiniz altında ölkəmizdə bütün sahələrdə aparılan uğurlu siyasət nəticəsində Vətənimizin gündən-günə çiçəklənməsini və güclənməsini görmək məni bir Azərbaycan vətəndaşı kimi çox qürurlandırır. Buna görə Sizə dərin təşəkkürümü bildirir və fəaliyyətinizdə uğurlar arzu edirəm.

Qeyd etmək istəyirəm ki, Sizin göstərişinizə əsasən həyata keçirilən bütün addımlar öz bəhrəsini verməkdədir. Biz bunu iqtisadiyyatın bütün sahələrində, eləcə də hərbi, sosial və digər sahələrdə də müşahidə edirik. Biz əminik ki, gündən-günə güclənən ordumuz Sizin göstərişinizlə işğal altında olan torpaqlarımızı azad etməyə qadirdir.

Eyni zamanda, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müəyyənləşdirdiyiniz siyasət uğurla həyata keçirilir. Belə ki, son illər ölkəmizdə gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, o cümlədən güzəştli və adi ipoteka kreditlərinin verilməsi xüsusilə təqdirəlayiqdir. Belə ki, göstərişinizə əsasən hər il ipoteka kreditlərinin müəyyənləşdirilməsi istiqamətində ayrılan vəsaitlər biz gənclərin sosial problemlərinin aradan qaldırılmasında çox böyük əhəmiyyətə malikdir.

Bununla əlaqədar bildirmək istəyirəm ki, 2013-cü il mayın 8-də biz də Sizin diqqət və qayğınıza əsasən sosial ipoteka kreditindən faydalanaraq mənzil sahibi olmuşuq. Onu da qeyd etmək istərdim ki, adıçəkilən kreditin alınmasında tam şəffaflığın təmin edilməsi bizi çox sevindirir.

Yuxarıda qeyd olunanları, eləcə də biz gənclər üçün yaratdığınız geniş imkanları nəzərə alaraq şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə uğurlar və möhkəm cansağlığı arzu edirəm.

Hörmətlə,

Abbasov Elnur Abbas oğlu.

Azərbaycan Respublikası, Abşeron rayonu,

Saray qəsəbəsi, Ş.İ.Xətai küçəsi ev 39. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi