Gerb

14 may 2013, 14:10

Möhtərəm Prezident!

Mən xaricdə təhsil alan tələbə kimi, Sizin Azərbaycan, dövlətimiz və millətimiz üçün gördüyünüz işlərlə qürur duyuram. Burada hamı Bakının gözəlliyindən danışır. Azərbaycanın bu səviyyəyə gəlib çatmasında Sizin əvəzedilməz rolunuz vardır.

Ona görə Sizə təşəkkür edirəm. İndi Azərbaycan ulu öndər Heydər Əliyevin və Sizin atdığınız düşünülmüş addımların bəhrəsini görməkdədir.

Hörmətli cənab Prezident, mən Sizinlə fəxr edirəm. Allah Sizə möhkəm cansağlığı qismət etsin. Azərbaycanı Sizsiz, Sizi Azərbaycansız qoymasın. Amin!

Dərin hörmətlə,

Aydınov Elvin Xəqani oğlu.

Ukrayna Respublikası, Xarkov şəhəri.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR