|
14 may 2013, 19:05
İlham Əliyev Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşmüşdür
Prezident İlham Əliyev Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür. Görüşdə baş direktor Yukiya Amano Azərbaycan ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu bildirdi. Qeyd etdi ki, indiki dövrdə nüvə təhlükəsizliyinin qorunması xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev nüvə təhlükəsizliyinin təkcə Azərbaycan üçün deyil, region və dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi və qeyd etdi ki, Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyəti bu baxımdan narahatlıq doğurur. Dövlətimizin başçısı həmin Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə doğurduğunu bir daha diqqətə çatdırdı. BMT-nin Vyana ofisində görüşlərini başa çatdıran Prezident İlham Əliyevi baş direktor Yuri Fedotov yola saldı. ![]() AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.