Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Xalid Qurbanovdan, Gəncə, Azərbaycan

Text size Plus Minus

24 may 2010, 15:04

Hörmətli Prezident!

Sizin 2010-cu il 18 may tarixli Sərəncamlarınızla Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi, fəxri adlara və Prezident təqaüdünə layiq görülməsi münasibətilə öz adımdan və universitet ağsaqqalları adından dərin minnətdarlığımı bildirir, Sizə və ailənizə cansağlığı, Respublikamızın inkişafı naminə dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu öndərimiz, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin universitetimizə göstərdiyi qayğının şahidi olmuşuq. Sizin bu sahədə apardığınız işləri dəstəkləyir və söz veririk ki, bu etimadı aqrar sahə üçün yüksək keyfiyyətli kadrlar hazırlamaqla doğruldacağıq. Şəxsən mən ulu öndərimizin siyasətini dəstəkləməklə onun ideyalarının həyata keçirilməsi naminə daim çalışmışam. Onun barəsində mərkəzi qəzetlərdə “Aqrar yüksəlişin banisi”, “Aqrar elmin mərkəzi”, “Xalqın xoşbəxt gələcəyi” adlı məqalələrlə çıxış etmişəm. Xalqımızın gələcəyinin Heydər Əliyev siyasəti ilə bağlılığına və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməyə qadir olduğuna öz varlığım qədər əminəm.

Hörmətli cənab Prezident!

Mən və universitetin professor-müəllim kollektivi bir daha Sizə minnətdarlıq edirik. Uzun illərdən bəri tənəzzülə uğramış, kadr hazırlığı və elmi tədqiqat işlərində qüsurları olan universitetimizə qayğı göstərməklə Siz qısa vaxt ərzində onun tamamilə yeniləşməsinə, ali məktəblər arasında tədrisdə qabaqcıl olmasına şərait yaratmısınız.

Bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə bir daha dərin minnətdarlığımı bildirir, kadr hazırlığı və elmi tədqiqat işlərinin yaxşılaşdırılmasına dair etimadınızı doğruldacağımıza söz veririk.

Hörmətlə,

professor Xalid Qurbanov,

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, texnika elmləri doktoru, Beynəlxalq Aqrar Təhsil Akademiyası, Türk Dünyası Araşdırmaları Ölkələrarası Elmlər Akademiyasının həqiqi üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi