Gerb

01 oktyabr 2010, 20:00

“Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2010-cu il 20 aprel tarixli 992-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №9, maddə 872; 2008-ci il, №3, maddələr 169, 186, №5, maddə 364, №6, maddələr 483, 504, №12, maddə 1057; 2009-cu il, №2, maddələr 59, 69, 73, №5, maddə 321, №6, maddə 421; 2010-cu il, №2, maddə 80, №3, maddələr 180, 184, 193; Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 279 nömrəli və 1 iyul tarixli 287 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 10.2-ci bənd əlavə edilsin:

“10.2. Məcəllənin 326-4.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - ədliyyə naziri, onun müavinləri, Nazirliyin aparatının Qeydiyyat və notariat baş idarəsinin rəisi, onun müavini, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri; Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, onun müavini, Nazirliyin aparatının Qeydiyyat və notariat şöbəsinin rəisi, rayon (şəhər) qeydiyyat şöbələrinin rəisləri.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2010-cu il.