Gerb

15 may 2013, 17:00

Möhtərəm Prezident!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı kimi Siz ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına böyük diqqət yetirirsiniz. Sənət adamları Sizin qayğınızı həmişə hiss edirlər.

Hörmətli cənab Prezident, bizə verdiyiniz Prezident mükafatına görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, Vətənimiz və dövlətimiz naminə bundan sonra da səylə çalışacağıq.

Hörmətlə,

Yaşar Xəlilov, əməkdar incəsənət xadimi
İsgəndər Əliyev, əməkdar artist.

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri.