Gerb

16 may 2013, 13:00

Möhtərəm Prezident!

Qafqazın qocaman mədəniyyət ocaqlarından biri olan, ermənilərin xalqımıza qarşı qərəzli siyasəti nəticəsində keçməkeşli sənət yolu keçən İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu gün Sizin qayğınız sayəsində öz yaradıcılığını uğurla davam etdirir. Siz teatrın fəaliyyətini daim diqqət mərkəzində saxlayaraq, onun kollektivinin əməyini yüksək qiymətləndirirsiniz.
Hörmətli cənab Prezident, məni Prezident mükafatına layiq gördüyünüzə, göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Tamella Abdullayeva
xalq artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.